İQTİSADİYYAT


Azərbaycan və İran gömrük orqanları arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan və İran gömrük orqanları qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, danışıqlar Azərbaycan Respublikasının Astara şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük orqanlarının nümayəndələri arasında növbəti görüş zamanı aparılıb.

Görüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Görüşdə Azərbaycan tərəfdən Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov və İran tərəfdən Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açaraq İran və Azərbaycan gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildiriblər.

Görüşdə iki idarə arasında qarşılıqlı maraq doğuran bəzi məsələlərin həllinə aydınlıq gətirilib, eyni zamanda, dəmiryol layihəsinin icra prosesi barədə ətraflı danışıqlar aparılıb.

Daha sonra hər iki tərəfin nümayəndələri birlikdə əraziyə baxış keçiriblər.

Xatırladaq ki, tərəflər arasında sonuncu belə görüş sentyabrın 25-də İran İslam Respublikasının Astara şəhərində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.