İQTİSADİYYAT


Azərbaycan və İran gömrükçüləri nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi ilə bağlı müzakirələr aparıb

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan və İran gömrükçüləri nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi ilə bağlı müzakirələr aparıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr iyunun 14-də Azərbaycanın Astara şəhərində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən növbəti görüş zamanı olub.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

Görüşdə Azərbaycan tərəfini Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüş zamanı Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.

Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və bu görüşlərin müsbət nəticə verdiyi ifadə olunub.

Daha sonra gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.