İQTİSADİYYAT


Azərbaycan və İran yüklərə gömrük baxışının birgə həyata keçirilməsini müzakirə edib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan və İran gömrük xidməti yüklərə gömrük nəzarəti və gömrük baxışının birgə həyata keçirilməsi məsələlərini müzakirə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr İran İslam Respublikasının Astara şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş zamanı baş tutub.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

Görüşdə İran İslam Respublikasını Astara Gömrük İdarəsinin yeni təyin olunmuş rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açaraq Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildirib.

Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri Rəsul Omidiy Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığını diqqətə çatdırıb.

Sonra görüşdə Azərbaycan-İran gömrük-buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda, hər iki tərəfdən fiziki şəxslərin gediş-gəlişi üçün şəraitin daha da yaxşılaşdırılması məsələsinə toxunulub. Görüş zamanı, yeni inşa olunan dəmir yolu barədə danışıqlar da aparılıb.

Bundan başqa, yüklərə gömrük nəzarəti və gömrük baxışının birgə həyata keçirilməsi məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.