İQTİSADİYYAT


Azərbaycan və İranın enerji sektorunda əlaqələrinin dərinləşdirilməsi üçün böyük potensial var

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan və İranın enerji sektorunda əlaqələrinin dərinləşdirilməsi üçün böyük potensial var.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər dekabrın 28-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

R.Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib.

SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini bildirib.

Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən M.Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirib.

O, Azərbaycan-İran biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Azərbaycanın sosial-iqtisadi yüksəliş mərhələsini yaşadığını nəzərə çatdırıb, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında iranlı qonaqlara ətraflı məlumat verib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.