MƏDƏNİYYƏT


Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub

Bakı, 14 iyun, AZƏRTAC

Kolumbiyanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı keçirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və ölkənin tanınmış ziyalılarının iştirakı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə mərkəzin direktoru Afaq Məsud Kolumbiya səfirliyi ilə birgə layihələrdən söz açaraq, xalqlararası dostluq və anlaşmanın ən qısa və faydalı yolunun ədəbiyyatdan keçdiyini bildirib, rəhbərlik etdiyi qurumun bu istiqamətdə reallaşdırdığı növbəti layihələr barədə məlumat verib.

Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo öz növbəsində Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycanla Kolumbiya ədəbiyyatlararası mübadilələrin bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə iştirak edən tanınmış elm və sənət adamları ədəbiyyatın insanlığa, bəşəriyyətə təsirindən söz açıblar, bədii düşüncənin xalqları bir-birinə doğmalaşdırdığından, belə layihələrin dünya xalqlarının bir-birinə yaxınlaşdırılmasında əhəmiyyətindən danışıblar.

Sonda Kolumbiyadan təşrif buyurmuş şair, kitabın redaktoru Katalina Qonsales Restrepo antologiyada yer alan müəlliflərin mətn özəlliklərinin təhlili üzrə məruzə edib, şairlərin şeirlərindən parçalar səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.