SİYASƏT


Azərbaycan və Misir arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Parlamentinin xarici əlaqələr komitəsinin sədri, keçmiş xarici işləri naziri Məhəmməd Orabi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsinə, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu qeyd edilib, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səylər göstərilməsinin vacibliyi vurğulanıb.

Məhəmməd Orabi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun müasir dünyanın ən mühüm çağırış və problemlərinə dair məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğunu qeyd edib.

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Görüşdə, həmçinin parlament diplomatiyasının əhəmiyyətinə toxunulub, bu istiqamətdə də əməkdaşlığın daha da genişləndirilməsi zəruriliyini vurğulanıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verib. O, Misirin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Söhbət zamanı, həmçinin Yaxın Şərq böhranı, miqrasiya problemi, terrorizmə qarşı mübarizə və digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.