MƏDƏNİYYƏT
Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub
Bakı, 28 avqust, AZƏRTAC
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Misir Mədəniyyət Mərkəzinin yaranma tarixi və fəaliyyətindən söz açılıb. Söhbət zamanı iki ölkə yazıçılarının hekayələrinin birgə antologiyasının hazırlanması, yazıçı və şairlərin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə "Dost kitabxana" çərçivəsində tədbirlərin keçirilməsinə dair təkliflər səslənib. Azərbaycan və Misir şairlərin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb.
Vaqif Bəhmənli Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bir neçə kitabı Misir Mədəniyyət Mərkəzinə hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:23]
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]