İQTİSADİYYAT
Azərbaycan və Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlıq müzakirə edilib
Daşkənd, 26 fevral, AZƏRTAC
Özbəkistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu ölkənin xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eler Qəniyev ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi, iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bildirilib ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimovun qarşılıqlı səfərləri əməkdaşlığımızın daha da inkişafına təkan verib. Daşkənddə Azərbaycanın, Bakıda isə Özbəkistanın milli sərgiləri keçirilib və bu sərgilərdə iqtisadiyyatın bütün sahələri təmsil olunub.
Qeyd edilib ki, Özbəkistan tərəfi taxıl, pambıq, gübrə, kənd təsərrüfatı sahəsində istifadə edilən maşın və avadanlıqlar, traktorlar, pambıqyığan maşınlar, taxılyığan kombaynlar və bir sıra digər malların idxalında maraqlıdır. Azərbaycan tərəfi isə neft-qaz, neft-mədən, müxtəlif çeşidli ərzaq məhsulları və digər məhsulların satışında maraqlıdır.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd