Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Varşava, 27 iyun, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 27-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Polşa Respublikasının Prezidenti Andjey Duda və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Polşa Prezidenti Andjey Dudanın 

bəyanatı

-Zati-aliləri cənab Prezident.

Hörmətli qonaqlar.

Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Əslində, sonuncu dəfə rəsmi səfər 2008-ci ildə - 9 il əvvəl olmuşdur. Həmin vaxt cənab Prezident ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxşı xatirimdədir ki, biz cənab Prezidenti və onun xanımını prezident sarayı qarşısında səmimiyyətlə qarşıladıq. Çox şadam ki, cənab Prezident, Siz yenidən Varşavadasınız.

Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzaladığımız sənədlər ölkələrimiz arasında siyasi əməkdaşlığımızı, strateji tərəfdaşlığımızı inkişaf etdirəcək və bu da çox vacibdir. Cənab Prezident, mən çox şadam ki, ölkələrimizin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələrimiz həyata keçirilir. İl ərzində onun həcmi 100 milyon dollar civarındadır.

İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Cənab Prezident, çox böyük səmimiyyətlə onu gözləyirəm ki, bu gün biz Sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir.

Cənab Prezident, çox sağ olun ki, məni Azərbaycana, Bakıya dəvət etdiniz. Elə indicə - bizim geniş tərkibdə görüşümüz zamanı Sizin qeyd etdiyiniz kimi, baxmayaraq, böyük bir vaxt keçibdir, lakin bu rəsmi səfəriniz üçün bizim hazırlıq işlərimiz əslində yaxşı nəticə verdi, ölkələrimiz arasında sənədlər imzalandı.

Cənab Prezident, Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk ki, Siz Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verdiniz. Mən buna görə Sizə çox minnətdaram. Siz gördünüz ki, bir çox səslər bizim ölkəmizin namizədliyinin lehinə verildi. Bizim seçilməyimiz bütövlükdə BMT-nin 190 üzvü arasında böyük dəstəyə malik olduğumuzu göstərdi. Çox şadıq ki, 2018-2019-cu illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Bu, həmçinin bizim beynəlxalq arenada mövqeyimizin gücləndirilməsi deməkdir. Buna görə Sizə çox minnətdaram, cənab Prezident. Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim. Çünki biz orada 2022-ci ildə sərgi təşkil etmək fikrindəyik. Ümidvaram ki, Azərbaycan Prezidentinin verdiyi dəstək sayəsində Polşanın belə bir gözəl şəhərinin namizədliyi keçəcək və bir neçə ildən sonra biz qonaqları orada salamlayacağıq.

Xanımlar və cənablar, bizim cənab Prezidentlə çox yaxşı fikir mübadiləmiz oldu. Biz bir çox məsələlərə toxunduq. Biz əvvəlcə təmaslarımızın inkişafı haqqında danışdıq. Biz, həmçinin beynəlxalq proseslərə diqqət yetirdik və öz mülahizələrimizi bildirdik ki, vəziyyət nədən ibarətdir və necə dəyərləndirilməlidir. Təbii ki, bu vəziyyətin dəyərləndirilməsində də mövqelərimiz üst-üstə düşür. Bir çox strateji məsələlərə gəldikdə, cənab Prezidentin tutduğu mövqe mənim fikirlərimlə üst-üstə düşür. Biz bundan çox məmnunuq. Cənab Prezident, Sizə təşəkkür edirəm ki, fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi.

Cənab Prezident, həmçinin Sizə təşəkkürümü bildirirəm ki, Siz Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlərinizi bildirdiniz. Qeyd etdiniz ki, nəqliyyat sahəsində bizim əlaqələrimiz genişlənməlidir. Çox istərdik ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur. Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. Cənab Prezidentlə biz istərdik ki, bu layihələri həyata keçirək.

Enerji əməkdaşlığımıza da toxunduq. Ümidvaram ki, biz energetika sahəsində də çox sıx əməkdaşlıq quracağıq. Bu ideyalar hələ professor Lex Kaçinski Polşanın Prezidenti olduğu vaxtda irəli sürülmüşdür.

Cənab Prezident, ümidvaram ki, biz bu münasibətləri daha da intensivləşdirməyə müvəffəq olacağıq. Qeyd etmək istəyirik ki, bu layihələr Lex Kaçinskinin vaxtında irəli sürülmüşdür. Çox şadam ki, cənab Prezident, Siz ölkəmizə, Varşavaya səfərə gəlmisiniz.

Mənim dəvətimi qəbul etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin 

bəyanatı

-Çox sağ olun, hörmətli cənab Prezident.

İlk növbədə, məni Polşaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən dost Polşa torpağında olmağımdan çox məmnunam.

Bu saraya daxil olarkən mənim dostum, Azərbaycanın dostu Prezident Kaçinskini xatırladım. Onun faciəvi ölümü dostlarını da sarsıtmışdır. Onun xatirəsi dostlarının qəlbində bu gün də yaşayır. Siz də onun silahdaşı kimi, bu gün dost Polşaya rəhbərlik edirsiniz.

Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk. Prezident Kaçinskinin dövründə mənim Polşaya, onun Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik. İndi isə Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır.

Bu gün biz bir çox məsələlər ətrafında səmimi fikir mübadiləsi apardıq. Bir daha gördük ki, Polşa və Azərbaycan iki dost ölkədir. Biz dostluğu bundan sonra da gücləndirəcəyik və əlaqələrimizin inkişafı üçün birgə səylər göstərəcəyik.

Prezident qeyd etdiyi kimi, bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapmışdır.

Biz bu gün beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz haqqında da danışmışıq. Fürsətdən istifadə edərək, bir daha Polşanı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Dünya birliyinin mütləq əksəriyyəti - 200-ə yaxın ölkə Polşanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir. Bu, ölkənizə və apardığınız siyasətə verilən böyük dəstəkdir. Bu dəstəyi Siz öz fəaliyyətinizlə, siyasətinizlə qazanmısınız.

Polşa sürətlə inkişaf edir. Polşa beynəlxalq arenada çox möhkəm mövqelərə malikdir. Polşa beynəlxalq arenada özünü prinsipial və ləyaqətli aparır. Hesab edirəm ki, bu amillər də belə böyük dəstəyə səbəb olmuşdur. Mən şadam ki, təxminən 200 ölkənin arasında Azərbaycanın səsi də olubdur. Bu gün biz razılaşdıq ki, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizi dəstəkləyəcəyik.

Qarşılıqlı əlaqələr təbii ki, iqtisadi sahəni əhatə edir. Biz razılaşdıq ki, indiki ticarət dövriyyəsi bizi qane edə bilməz. Ümid edirəm ki, bu gün keçiriləcək biznes forum və onun nəticələri ticarət əlaqələrimizin inkişafına xidmət göstərəcək. Artıq bu gün bir neçə konkret məsələlər ətrafında söhbət aparılmışdır.

Nəqliyyat və energetika. Hesab edirəm ki, bunlar iqtisadi bloka aid əsas istiqamətlər olmalıdır. Energetika sahəsində. Azərbaycan nefti Polşa bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu layihə Azərbaycan qazını Avropa məkanına çıxaracaq. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası da uğurla davam etdirilir. Ümid edirəm ki, bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Beləliklə, Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək. Əlbəttə ki, energetika sektorunda digər istiqamətlər üzrə də yaxşı perspektivlər var. Əminəm ki, biz bundan istifadə edəcəyik.

Nəqliyyat sahəsinə gəldikdə Prezident Duda da qeyd etdi, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bizim ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları və eyni zamanda, artıq regional əməkdaşlıq formatı da yaradılıb. İndi bizim vəzifəmiz ondan ibarətdir ki, bu əməkdaşlığı dərinləşdirək, Avropa ölkələrini də bu əməkdaşlığa cəlb edək. Bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin keçirdikləri görüş deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Şadam ki, Polşa tərəfi də bu formatda iştirak edir. Bu, bizim qarşımızda çox böyük perspektivlər açır. Əminəm ki, bu istiqamətdə aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq.

Çıxışımın sonunda mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Bugünkü səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir.

Prezident qeyd etdiyi kimi, mən cənab Dudanı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Əminəm ki, o, dəvəti qəbul edəcək və biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı açıqlanıb

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

Böyük Britaniya əhalisinin yarısı “Brexit” üzrə ikinci referendumun keçirilməsini istəyir

Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Türk siyasi şərhçi: Şuşa Bəyannaməsi ortaq geosiyasi baxışı hüquqi müstəviyə daşıyıb

İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub

® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək

Müstəqilliyimizin memarı!!!

Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirilib

Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir

Nazir: Azad edilmiş ərazilərdə 83 min hektardan çox torpaq dövriyyəyə qaytarılır

İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait yönəldilib

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

Ötən il cari xərclərin 92 faizi qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Pakistanda polisə hücum olub: ölənlər var

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir

Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb

Fransa 2027-ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

Xəyyam Məmmədov: Qarabağ suvarma kanalı vasitəsilə 115 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb

Seymur Səfərli: Lazer hamarlama texnologiyası suya qənaət və məhsuldarlıq baxımından səmərəlidir

Zaur Əliyev: Məhsuldarlığın maksimum dərəcədə artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Nazir müavini: 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır

Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb