CƏMİYYƏT
Azərbaycan və Qazaxıstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Dövlət Universiteti ilə Qazaxıstanın Avrasiya Milli Universiteti arasında tələbə mübadilə proqramı çərçivəsində ölkəmizə gələn bir qrup qazaxıstanlı tələbə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində olublar.
AZƏRTAC xəbər verir ki, Gənclər Birliyinin sədr müavini, ofisin rəhbəri Əli Pənahov qonaqlara YAP GB-nin fəaliyyəti, həyata keçirdiyi layihələr, iş prinsipi haqqında ətraflı məlumat verib. O, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin hazırda yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.
Söhbət zamanı YAP GB-nin sürətlə genişlənən beynəlxalq əlaqələrindən, o cümlədən iki ölkənin hakim partiyalarının Gənclər birlikləri arasında əməkdaşlıq münasibətlərindən bəhs edilib.
Sonda YAP GB-nin fəaliyyətinə dair videoçarx nümayiş olunub.