MƏDƏNİYYƏT


Azərbaycan və Rumıniya ədəbi nümunələrinin qarşılıqlı nəşri məsələləri müzakirə olunub

Bakı, 13 iyul, AZƏRTAC

Bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərinin əsərlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub. Müzakirə Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku və xanımı Mihaela İanku ilə iyulun 13-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində keçirilən görüşdə aparılıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərinin tərcümə və nəşrindən də söz açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.