Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan və Rusiya arasında sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Rusiya arasında sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hökumət sədrinin müavini Olqa Qolodets ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik və dinamik inkişafın təmin edildiyi Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib.

Nazirliyin avtomatlaşdırılmış sistemlərindən bəhs edən S.Müslümov 2014-cü ilin iyul ayından ölkəmizdə tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdırıb: “Bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına səbəb olan bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, əmək bazarında baş verən prosesləri birbaşa və dəqiq şəkildə izləməyə, əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa şərait yaradıb. Bu sistem eyni zamanda iş yerinə dair arayışların da elektron formada əldə olunması üçün e-xidmətin formalaşmasına imkan verib”.

S.Müslümov dövlət sosial yardım sisteminin də tam avtomatlaşdırıldığını, sosial yardımın alınması üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyinatı barədə qərar verilməsi prosesinin tam elektron əsaslarla, heç bir insan faktoru iştirak etmədən, şəffaf şəraitdə yerinə yetirildiyini bildirib. Sığorta-pensiya, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron infrastrukturundan, əhaliyə xidmətlərin elektron müstəvidə təşkilindən bəhs edən S.Müslümov ümumilikdə nazirliyin əhali üçün bütün aktual iş sahələri üzrə elektron xidmətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Aparılan islahatlarda beynəlxalq əməkdaşlıq müstəvisində Rusiya Federasiyasının aidiyyəti qurumları ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir bildirib ki, ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq digər sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də ildən-ilə genişlənir: “Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi ilə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Sazişin icrası ilə bağlı müvafiq işlər görülür. İki ölkə arasında pensiya təminatı, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, bazar iqtisadiyyatı şəraitində əmək bazarının tənzimlənməsi, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, peşə ixtisasları üzrə standartların hazırlanması, əlillərin reabilitasiyası və s. sahələrdə fəal əməkdaşlıq əlaqələrimiz vardır”.

Nazir eyni zamanda beynəlxalq təşkilatlarda (BMT-nin və Avropa Şurasının sosial sahələrlə bağlı struktur bölmələrində, Beynəlxalq Əmək Təşkilatında, MDB-yə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasında və s.) qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə əməkdaşlığın həyata keçirildiyini qeyd edib: “Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Rusiyada olduğu nəzərə alınmaqla, əmək miqrasiyası sahəsində də bu ölkə ilə birgə və səmərəli işlər aparılaraq uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Hazırda bu sahədə əlaqələrin qarşıdakı dövrdə də inkişaf etdirilməsi daim diqqətdə saxlanılır və bu məqsədlə müvafiq Saziş layihəsi də hazırlanıb. Eyni zamanda iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında yeni Saziş layihəsinin hazırlanması da təmin edilib”.

S.Müslümov diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq bu sahədə daim genişlənən təcrübə mübadilələrinə də imkan yaradıb: “Son illərdə ölkəmizdə yaradılan avtomatlaşdırılmış sığorta-pensiya sistemi, əmək müqavilələrinin elektron qeydiyyat sistemi və s. beynəlxalq qurumlar tərəfindən də müasir dünyanın qabaqcıl təcrübə nümunələri kimi qəbul olunur və təbliğ edilir. Bu sahədə rusiyalı həmkarlarımızla da davamlı təcrübə mübadilələri aparırıq. Cari ilin may ayında ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinə Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübə barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə və məlumat mübadiləsi aparılıb. Eyni zamanda bu ilin iyun ayında Rusiya Federasiyasının Federal Sığorta Xidməti ilə birgə videokonfrans keçirilib, sosial sığorta sistemi və əmək müqavilələrinin elektron qeydiyyatı sahəsində səmərəli təcrübə mübadiləsi həyata keçirilib”. Nazir bildirib ki, hər iki tərəf üçün faydalı olan bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdirilməsi, əməkdaşlığımızın inkişafı üçün müvafiq səylər göstəriləcəkdir.

O.Qolodets ölkəsi ilə Azərbaycan arasında yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsində də davam etməsinin və daim genişlənməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Əmək və sosial müdafiə sahələrində avtomatlaşdırlmış idarəetmə və xidmətlər sisteminin formalaşdırılması sahəsində ölkəmizin təcrübəsinin maraq doğurduğunu qeyd edən O.Qolodets müvafiq sahələrdə aparılan islahatlar barədə təcrübə mübadilələrinin daha da genişlənməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın, o cümlədən təcrübə mübadilələrinin qarşıdakı dövrdə də genişləndirilməsi məsələləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub