İQTİSADİYYAT


Azərbaycan və Rusiya beynəlxalq avtomobil daşımalarının vəziyyətini və inkişaf perspektivlərini müzakirə edir

A+ A

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 20-də Bakıda beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının növbəti iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Rusiya nümayəndə heyətinə isə rəhbərliyi Nəqliyyat Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı üzrə Dövlət Siyasəti Departamentinin direktoru Aleksey Bakirey həyata keçirir.

İclasda Azərbaycan ilə Rusiya arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi, həmçinin sərnişin və yükdaşımaları məsələləri , “İcazə” blanklarının müəyyən edilməsi və digər məsələlər müzakirə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.