İQTİSADİYYAT


Azərbaycan və Rusiya gömrük hüquqpozmalarına qarşı mübarizə məsələlərini müzakirə edib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan və Rusiya gömrük xidmətləri gömrük sahəsində hüquqpozma hallarına qarşı birgə mübarizə ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr iyunun 6-da Rusiya Federasiyasının Yessentuki şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi ilə bağlı işçi görüşündə aparılıb.

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoli Serışevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban dostluq və qonşuluq əlaqələrinə söykənən əməkdaşlığın mövcud olduğu və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyi bir daha vurğulanıb. Xüsusilə, ölkələrimiz arasında uzunmüddətli iqtisadi əlaqələrin hər iki tərəfin iqtisadi təhlükəsizliyi təmin edilməklə bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs olunub.

Eyni zamanda, ikitərəfli görüş çərçivəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı birgə mübarizə məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.