SİYASƏT
Azərbaycan və Sudan parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub
AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev qanunverici orqanlar arasında əlaqələrin inkişafının ölkələrimizin əməkdaşlığının genişləndirilməsində oynadığı roldan danışıb. C.Feyziyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bildirib ki, 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir çox beynəlxalq təşkilatlar bu münaqişənin həlli istiqamətində qətnamə və qərarlar qəbul etsə də, problem hələ də öz həllini tapmayıb.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirən Məhəmməd Yusif Abdullah Sudan parlamentinin fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, qloballaşan dünya bir çox ciddi çətinliklərlə üzləşib. Bu çətinliklərin öhdəsindən gəlmək və problemlərin həllinə nail olmaq üçün birgə səylərin göstərilməsi çox vacibdir.
M.Y.Abdullah əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə parlamentlər arasında hər hansı bir sənədin imzalanması təklifini irəli sürüb.