ORDU
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın birgə təlimi qardaş ölkədə böyük maraqla izlənilir
İstanbul, 19 sentyabr (AZƏRTAC). Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın birgə təlimi qardaş ölkə mediasında “Türkiyə “F-16”-ları qardaş ölkədə”, “Türkiyə qırıcıları Azərbaycan səmasında” və digər başlıqlı məlumatlarla gündəmə gəlib. Hərbi aviasiyanın təlim uçuşlarını əks etdirən fotolar mətbuatın manşetində yer alıb. Ölkədə böyük sevgi və coşqu ilə qarşılanan bu xəbərlər sosial şəbəkədə geniş və sürətlə paylaşılan mövzudur.
Sosial şəbəkədə qeyd olunur ki, birgə təlimlər regionda sülh və sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıyır. Bildirilir ki, hərtərəfli əlaqələrin Azərbaycan və Türkiyənin inkişafına təsiri, o cümlədən müdafiə sahəsində tərəfdaşlıq dünya üçün nümunədir.
Məlumatlarla aşağıdakı linklərdə tanış olmaq mümkündür.
http://www.aa.com.tr/tr/haberler/391418--turk-f-16lar-azerbaycanda
http://www.anadolutelgraf.com/haber/Turk-F-16-lari-Azerbaycan-da/122622
http://www.sabah.com.tr/Gundem/2014/09/19/turk-f16lar-azerbaycanda və s.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul