Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatla çıxış ediblər VİDEO

Ankara, 15 yanvar, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın

bəyanatı

- Hörmətli cənab Prezident, dəyərli qardaşım.

Əvvəla, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının başa çatmasının məmnunluğu içindəyik.

Bu iclasda - istər ikitərəfli görüşümüzdə, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bir çox nazirlərimizin öz ikitərəfli fəaliyyətlərini və bundan sonra da birgə keçirdiyimiz iclasda Azərbaycan-Türkiyə əlaqələrini, dünəndən bu günə haraya gəldik - bunları dəyərləndirdik. Bölgənin problemlərini, bundan sonra atacağımız addımları müzakirə etdik. 2013-cü ilin noyabrında rəsmi səfər, 2014-cü ilin iyununda isə Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısı ilə əlaqədar Zati-alilərini qonaq qəbul etmişdik. Mən də Prezident vəzifəsinə seçiləndən sonra xarici ölkələrə ilk səfərlərimdən birini, bildiyiniz kimi, Azərbaycana etmişdim.

Bu gün də hörmətli Prezident Əliyev, dəyərli qardaşım nümayəndə heyəti ilə 2015-ci ilin ilk rəsmi səfərini Türkiyəyə etməklə həqiqətən bizi məmnun etdi. Bir daha da sizlərin hüzurunuzda dəyərli qardaşıma və nümayəndə heyətinə “Ölkəmizə xoş gəldiniz!” deyirəm.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qardaş Azərbaycan ilə aramızdakı bütün əlaqələri - istər hərbi, istər siyasi, istər iqtisadi, istər ticari, mədəniyyət və təhsil sahələrində daha yüksək səviyyəyə çatdıracağına heç şübhə etmirik. Bu mexanizmin uğurla işləməsi atacağımız addımların daha güclü olacağını göstərir.

Siyasi sahədə Türkiyə ilə Azərbaycan arasında hər hansı bir problemdən söhbət belə gedə bilməz. Hərbi sahədə əməkdaşlığımız artaraq davam edir. İqtisadi-ticari əlaqələr sahəsində ticarət dövriyyəsi bu il 5 milyard dollara çatdı, belə bir səviyyəyə nail olduq. Amma təbii ki, bizim əsas hədəfimiz bu göstəricini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır. Əminəm ki, bu əzm, bu qətiyyət, bu siyasi iradə hər iki ölkədə vardır. Buna nail olmaq bu kadrların əlindədir. İnşallah, buna da nail olacağıq.

Son dərəcə ətraflı və səmimi fikir mübadiləsi apardıq, ikitərəfli əlaqələrimizə, milli təhlükəsizliyimizə dair mövzuları regional və beynəlxalq məsələlər çərçivəsində müzakirə etdik. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxt itirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxt itirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdik və bundan geriyə addım atmağımız əsla mümkün deyildir.

Təbii ki, bütün bunlarla yanaşı, xüsusən strateji əməkdaşlıqda müdafiə artıq çox böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, enerji iki ölkə arasında çox böyük önəmə malikdir. Bilirsiniz ki, artıq dünya layihəsinə çevrilən TANAP-la bağlı addımlar atıldı. Burada istər həm boru istehsalında və təminatında, istərsə də podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir. TANAP layihəsinin həyata keçməsi ilə birlikdə, təbii ki, Azərbaycanın mövqeyindən tutmuş Türkiyənin mövqeyi və buradakı strateji önəm daha çox artacaqdır. Bununla bağlı addımlar atıldı. 2015-ci il bu məsələdə böyük önəm kəsb edir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, inşallah, bu ilin sonunda açılışa hazır olacaqdır. Bunun açılışını da, inşallah, hamımız birlikdə, Allah ömür versə, həyata keçirəcəyik. Bu, eyni zamanda, Pekin-İstanbul xəttinin açılması deməkdir. Marmarayın burada başa çatması ilə birlikdə bu xətt işlək vəziyyətə gəlib. Bu xətt İstanbuldan Bakıya, orada ta Pekinə qədər uzanacaq. Bunlar belə bir sərmayələrdir. Ona görə bu sərmayələrin həqiqətən böyük önəmi vardır. Biz bununla bağlı bu prosesi, inşallah, uğurla davam etdirəcəyik.

Bütün bunlarla yanaşı, xüsusilə daha əvvəl tamamlanmış Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri də, bilirsiniz ki, bizim üçün strateji əhəmiyyətini qoruyub saxlayır.

Bu mövzu ilə bağlı atılması vacib olan digər önəmli addım da Qərbi Avropadan çıxan bir qatar, inşallah, bu dediyimiz dəmir yolu sistemi ilə Xəzər sahillərinə və oradan da Aktau və Türkmənbaşı limanları vasitəsilə Pekinə çatacaq. Burada bunu da xüsusilə qeyd etmək istərdim.

Bu il Türkiyə “G-20”-nin ev sahibidir. Biz “G-20”-nin ev sahibliyi məsələsində haqqımız olan bir səlahiyyətdən Azərbaycan üçün istifadə etdik. Bu il “G-20”-də Azərbaycan da bizim dəvətlimizlə yerini alacaq. İndi “G-20”-yə hazırlıq işlərindən başlayaraq, bu tədbirdə aparılacaq müzakirələrdə Azərbaycan bizimlə birlikdə olacaq.

Bu ilin digər mühüm tədbiri də bilirsiniz ki, 24 aprel - Çanaqqala döyüşünün 100-cü ildönümüdür. Aprelin 24-də keçiriləcək bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət rəhbərlərinə dəvət göndərdik. Amma təbii ki, xüsusilə İlham Əliyev qardaşımla birlikdə, inşallah, aprelin 24-də Çanaqqalada birlikdə olacağıq.

Mən bir daha Zati-alilərinin şəxsində nümayəndə heyətinin üzvlərinə “Ölkəmizə xoş gəlmisiniz!” deyir və bu iclasımızın hər iki ölkə üçün xeyirli olmasını Allahdan arzu edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Çox sağ olun əziz qardaşım, hörmətli cənab Prezident.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz qeyd etdiyiniz kimi, bu il mən ilk rəsmi səfərimi Türkiyəyə - qardaş ölkəyə edirəm. Bu da təbiidir. Çünki bu, artıq gözəl bir ənənədir. Eyni zamanda, bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha müzakirə edək və birgə fəaliyyət planımızı təsdiq edək.

Bu gün imzalanan Birgə Bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən və görüləcək işlər öz əksini tapıbdır. Bu gün Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır.

Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdur və bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı “G-20”-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə əziz qardaşım, şəxsən Sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir.

Biz, eyni zamanda, aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.

O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə olundu, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdilər və əminəm ki, bütün bu məsələlərin həlli bizi bir-birimizə daha da yaxın edəcək.

Müdafiə sahəsində əməkdaşlıq artır. Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir mübadiləsi aparılmışdır. Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz əlbəttə ki, siyasi, iqtisadi və hərbi gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün bizim böyük planlarımız var. Qeyd etməliyəm ki, keçən il bir neçə gün ərzində Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilmişdir. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də müzakirə edildi. Bir daha cənab Prezidentə minnətdarlıq bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ dəstəkləyir, öz qardaşlarını dəstəkləyir.

Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır. Halbuki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu 4 qətnamə qəbul etmişdir ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Bu qətnamələr icra edilmir. Bu, onu göstərir ki, Ermənistan sülh istəmir və əfsuslar olsun ki, Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə, əfsuslar olsun ki, yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində noyabr ayında genişmiqyaslı təlimlər keçirməsi və Azərbaycan mövqelərinə hücum çəkməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq.

Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir və bu amili heç kim inkar edə bilməz. Ən böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu, deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik.

İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün Şuranın iclasında rəqəmlər səsləndi. Son illərdə Azərbaycan Türkiyəyə və Türkiyə Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra etmişlər. Əlbəttə ki, “Cənub” qaz dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və “Cənub” qaz dəhlizinin digər üzvləri fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcəkdir. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək.

Mən onu da qeyd etməliyəm ki, “Cənub” qaz dəhlizinin təməli təxminən 3 il bundan əvvəl İstanbulda qoyulmuşdur. Əziz qardaşımla biz TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində “Cənub” qaz dəhlizinin bel sütunudur, yəni, təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilmişdir. “Cənub” qaz dəhlizi və “Şahdəniz” yatağının işlənilməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaq.

Digər məsələlərə gəldikdə, qeyd etməliyəm ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda, digər layihələr vaxtında icra ediləcək. Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars, digər layihələr, bunlar strateji əhəmiyyətə malikdir və burada Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtında icra ediləcək.

Bu il Türkiyədə bir neçə tədbir olacaqdır – Çanaqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı olan tədbir, digər tədbirlər. Yəni, Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq və əziz qardaşımı təbii ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır.

X X X

Prezident: Rəcəb Tayyib ƏRDOĞAN: Bəli, çox təşəkkür edirik. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatla çıxış ediblər VİDEO

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar