SİYASƏT


Azərbaycan və Türkiyə xarici işlər nazirləri ölkələrimiz arasındakı əlaqələrə dair müzakirələr aparıblar

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun avqustun 2-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib. O, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.