SİYASƏT


Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 2 iyun, AZƏRTAC

Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 49-cu iclası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib və iki ölkənin bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulanıb.

Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil olduğunu xüsusi vurğulayıblar. Ölkələrimiz arasında mehriban qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.

İkitərəfli əməkdaşlığın inkişafı kontekstində xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsi qeyd olunub.

Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin göstərildiyi məmnunluqla bildirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.