İQTİSADİYYAT


Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 25 noyabr, Elvin Camalov, AZƏRTAC

Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” adlı biznes forum çərçivəsində Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Ukrayna Dəmir Yolları” PSC-dən Marek Robert Zalesnıy imzalayıblar.

Biznes forumda, həmçinin daha beş memorandum imzalanıb. Bunlar “TransKonteyner” PSC və “Port Dalyan Ltd korporasiyası” arasında strateji əməkdaşlıq haqqında, “TransKonteyner” PSC və “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında, “RJD Story” SC ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq haqqında, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və “RJD Logistika” SC arasında strateji tərəfdaşlıq barədə memorandumlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.