SİYASƏT
Azərbaycan və Ukrayna parlamentariləri beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər
Bakı, 30 mart, AZƏRTAC
Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri martın 30-da Milli Məclisdə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisindəki nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, nümayəndə heyətinin üzvü Musa Quliyev Azərbaycan ilə Ukrayna arasındakı tarixi münasibətlərdən, müxtəlif istiqamətlərdə mövcud əlaqələrdən danışıb, parlamentarilərimizin beynəlxalq qurumlardakı birgə səmərəli əməkdaşlığını qeyd edib.
Ali Radadakı işçi qrupun rəhbəri Roman Nəsirov ikitərəfli əlaqələrlə yanaşı, parlamentarilərimizin beynəlxalq təşkilatlardakı əməkdaşlığının da möhkəmləndirilməsinin faydalı olacağını bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.