CƏMİYYƏT


Azərbaycan və Xorvatiya nazirləri ətraf mühitin mühafizəsi məsələlərini müzakirə ediblər

Bakı, 22 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Xorvatiya Respublikasının ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Xatırladaq ki, Azərbaycan Hökuməti və Xorvatiya Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş 2013-cü il martın 11-də Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.