İQTİSADİYYAT


Azərbaycan və Yaponiya arasında birbaşa aviareysin açılması barədə razılıq əldə edilib

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan və Yaponiya arasında birbaşa aviareysin açılması barədə razılıq əldə edilib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.