SİYASƏT


Azərbaycan və rus xalqlarının əsrlərdir davam edən dostluğuna xələl gəlməsinə yol verilməməlidir

Helsinki, 19 may, AZƏRTAC

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması barədə qərar Finlandiya azərbaycanlılarını da ciddi narahat edir.

Bu fikri Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə ən yüksək səviyyədə olub və bu əməkdaşlıq bütün sahələri əhatə edib.

“Azərbaycanda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu ölkədə yaşayan rusların bütün hüquqları təmin edilib. Azərbaycanın Rus İcması, Azərbaycan Rus Gənclər Assosiasiyası, Rus Mədəniyyət Mərkəzi kimi ictimai təşkilatlar uğurla fəaliyyət göstərir. Regionlarda etnik rusların artıq iki yüz ildir yığcam yaşadıqları kəndlər var. Azərbaycanda yaşayan bütün xalqlara tolerant münasibət fonunda Rusiya azərbaycanlılarını birləşdirən təşkilatın ləğv olunması barədə qərarı ədalətsiz hesab edirik”, - deyə Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.