Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan və türk diaspor təşkilatları Brüsseldə etiraz aksiyası keçiriblər VIDEO

Bakı, 31 mart, AZƏRTAC

Martın 30-da Avropadakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçiriblər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən aksiyanın məqsədi azərbaycanlılara və türklərə qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirilmiş terror və soyqırımı aktları, “erməni soyqırımı” iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olub.

Aksiya Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Hannover Xəzər Cəmiyyəti, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Aksiyada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti, “Odlar Yurdu” Cəmiyyəti və Atatürkçü Düşüncə Dərnəyinin nümayəndələri də fəal iştirak ediblər. Təxminən iki saat davam edən aksiyaya Azərbaycan və türk diasporunun 400 nəfərdən çox nümayəndəsi qatılıb.

Aksiya iştirakçıları əvvəlcə Avropa Parlamentinin binası qarşısına - Lüksemburq meydanına toplaşıblar. Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov aksiyanın məqsədi barədə məlumat verib.

Sonra BAK-ın sədri Sahil Qasımov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz, Hannover Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev çıxış edərək beynəlxalq ictimaiyyəti bəşəriyyətin ümumi bəlası – terrora qarşı öz gücünü birləşdirməyə çağırıblar. Diaspor rəhbərləri 1905-ci ildən bəri Anadoluda və Cənubi Qafqazda yaşayan türklərin erməni millətçiləri tərəfindən soyqırımı və deportasiyalara məruz qaldığını diqqətə çatdırıblar. Çıxışlarda 1918-ci ilin mart soyqırımında erməni millətçilərinin Bakı, Şamaxı, Quba, Muğan, Lənkəranda 50 mindən artıq azərbaycanlı, habelə yəhudi, ləzgi, tat və digər milli azlıqların yüzlərlə nümayəndəsini qətlə yetirdiyi, evlərini talan etdiyi, on minlərlə insanı yurd-yuvasından didərgin saldığı vurğulanıb.

Sonra aksiya iştirakçıları “Terror bəşəriyyətin ümumi bəlasıdır!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Xocalıya ədalət - Qarabağa azadlıq!”, “İşğalçı Ermənistan, Dağlıq Qarabağı tərk et!” “Azərbaycanlı girovlara azadlıq!” kimi şüarlar səsləndirərək, Brüsselin mərkəzi küçələri ilə Ermənistanın Belçikadakı səfirliyinə doğru yürüş ediblər.

Ermənistan səfirliyi qarşısında davam edən mitinqdə Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov aksiya iştirakçıları adından çıxış edərək, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını, on minlərlə insanın qətlə yetirilməsinə səbəb olduğunu vurğulayıb. “Ana Vətən” Qadınlar Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva aksiya iştirakçıları adından qəbul olunmuş bəyanatın mətnini oxuyub. Bəyanatda 1915-ci ildə baş vermiş hadisələrin erməni diasporu tərəfindən “erməni soyqırımı” kimi tanıdılması cəhdlərinə etiraz ifadə olunur, məhz Anadolu və Cənubi Qafqaz türklərinin soyqırımına məruz qaldığı vurğulanır. Sənəddə qeyd olunur ki, erməni diasporu və lobbisinin heç bir real tarixi mənbəyə əsaslanmayan “soyqırımı” iddiaları regionda sülh və sabitlik, xalqlar arasında qarşılıqlı dialoq və anlaşma üçün təhlükədir.

“Biz- Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığımızı ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Bəyanatda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən “Böyük Ermənistan” xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizliyə ciddi təhdid yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Azərbaycan və türk diaspor təşkilatları Brüsseldə etiraz aksiyası keçiriblər VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb