CƏMİYYƏT


Azərbaycan vətəndaşında heroin aşkar olunub

A+ A

Bakı, 23 iyul, AZƏRTAC 

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Respublikasindan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7.208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.