İDMAN


Azərbaycan voleybolçuları Lüksemburqda yoxlama oyununda qüvvələrini sınayıblar

Bakı, 29 dekabr, AZƏRTAC

Yeni ilə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan millisi Lüksemburq yığması ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komanda beynəlxalq turnir çərçivəsində dekabrın 30-da İslandiya, bir gün sonra Lüksemburq, yanvarın 1-də isə Almaniya millisi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.