MƏDƏNİYYƏT


Azərbaycan xalçaları beynəlxalq festivalda nümayiş olunacaq

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan xalçaları iyunun 28-də Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində keçiriləcək II Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq.

AZƏRTAC "Sputnik-Georgia"ya istinadla xəbər verir ki, festival Azərbaycan Xalça Muzeyinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək. Festival iyunun 30-dan iyulun 2-dək isə Axaltsixedə rayonunda Rabat qalasında davam edəcək.

Festivalda Azərbaycan, İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.

Festival çərçivəsində, həmçinin yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.

Builki festival Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə, eləcə də beynəlxalq aləmdə Gürcüstanın populyarlaşmasına yönəlmiş "Check in Georgia" hökumət layihəsi çərçivəsində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.