MƏDƏNİYYƏT


“Azərbaycan xalçaları” jurnalının yeni nömrəsində...

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” jurnalının 21-ci nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, nəşrin budəfəki nömrəsində ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılmaqla yanaşı, Cəmiyyətin Füzuli filialı və regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında geniş məlumatlar əksini tapıb.

Əməkdar Jurnalist Ləman Əliəşrəfqızının filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı da oxucuların ixtiyarına verilib. Bundan əlavə, yeni nömrədə E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” məqalələri dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.