Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini daim uca tutur

Yanvarın 20-də Şəhidlər xiyabanını, Bakıdakı və regionlardakı xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrindən biri kimi daxil oldu.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına axışan on minlərlə paytaxt sakini bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirdilər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olurdu.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 27 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına əbədi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən hər kəsin dilindən eşitmək olardı. Onlar Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini, xalqımızın kədərini bölüşməsini və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etməsini də xatırladırdılar. Deyirdilər ki, Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

Sonradan ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı. Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi. Şəhidlər xiyabanını ziyarət edənlər Ulu Öndərin bu xidmətlərini də minnətdarlıqla xatırladırdılar.

Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldıldı.

Prezident İlham Əliyev şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Dövlət büdcəsi hesabına 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin təqaüdləri artırılıb. Bununla yanaşı, hər il 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılır.

Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və Şəhid ailələri üçün Prezident təqaüdlərinin artırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

AZƏRTAC-ın müxbirləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən tədbirlərin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Şövqü Bünyadzadə (“20 Yanvar” Fondunun sədri): Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməklə bərabər, “20 Yanvar şəhidi” fəxri adı da təsis edib. Ümummilli Lider bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrlərdə, eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində mühüm fərman və sərəncamlar imzalanıb.

Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlətimizin başçısı şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni sənədlər imzalayıb.

Bütün bunlara görə şəhid ailələri adından Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.

Yaşar İsayev (Bakı sakini, 20 Yanvar hadisələrinin şahidi): O gecə Bakıya soxulan ordu, heç kimə - nə qocalara, nə qadınlara, nə də gənclərə aman vermirdi. Tanklar qabağına çıxan hər şeyi əzib keçir, əsgərlər ətrafa güllə yağdırırdı. Çoxlu insan həlak oldu və yaralandı. Mən təsadüfən sağ qaldım. Hadisələrin canlı şahidi kimi, deyə bilərəm ki, 20 Yanvar tarixdə misli görünməmiş bir cinayətdir. Həmin gecə dinc əhaliyə, sözün əsl mənasında, divan tutuldu. Amma axıdılan qanlar xalqımızı qorxutmadı, biz mübarizəni davam etdirib Vətənin azadlığına nail olduq. Buna görə şəhidlərimizə borcluyuq.

Bəxtiyar Allahverdiyev (Sumqayıt sakini): Qanlı Yanvarda şəhid olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın azadlığı, müstəqilliyi üçün yol açdılar. Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsi hər zaman qəlbimizdədir. 20 Yanvar xalqımız üçün ən ağır günlərdən biridir. Biz o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.

Cahid Nəbiyev (Yevlax rayon sakini, 20 Yanvar hadisələrinin şahidi): O vaxt indiki Dövlət İqtisad Universitetinin ikinci kursunda təhsil alırdım. Həmin gecə metronun “Gənclik” stansiyasının yaxınlığında idik. Eşitdik ki, hərbçilər Leytenant Şmidt adına zavod tərəfdən şəhərin mərkəzinə gəlirlər. Onların qarşısını kəsmək üçün həmin istiqamətə yollandıq. Ora çatanda bizi atəşə tutmağa başladılar. Ölən və yaralananlar oldu. Həmin hadisədə mən də çiynimdən yaralandım. Bizi xəstəxanaya aparan avtomobili də atəşə tutdular. Sanki əliyalın insanlardan qisas alırdılar. Xəstəxana yaralılar ilə dolu idi. Həkimlər ən ağır yaralıları seçib əməliyyat masasına aparırdılar. Onlara Tibb Universitetinin tələbələri də yardım göstərirdilər. Yanvarın 20-si həm də xalqımızın qəhrəmanlıq günü kimi xatırlanır. Çünki bugünkü azadlığımız məhz şəhidlərin qanı bahasına qazanılıb.

Tural Abdullayev (Xaçmaz sakini, 20 Yanvar şəhidi Zahid Abdullayevin oğlu): Atam şəhid olanda beşaylıq körpə olmuşam. Anam danışır ki, zavodda fəhlə işləyən atam həmin gün iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Gecə evə qayıtmayıb. Səhər açılanda anam onun şəhid olduğunu öyrənib. Atamı başından güllə ilə vurublar. Atam Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olub. Mən onunla fəxr edirəm. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin rolu böyükdür. Bütün şəhidlərimiz kimi, atamın xatirəsi də xalqımızın qəlbində daim yaşayacaq. Atamın doğulub başa çatdığı kəndin məktəbinə onun adı verilib. Xaçmazdakı Şəhidlər xiyabanına xatirə lövhəsi qoyulub.

Rafiz Quliyev (Xocavənd rayonunun Qaradağlı kəndindən olan məcburi köçkün, Qarabağ müharibəsi əlili, şəhid ailəsinin üzvü): Qanlı Yanvar Azərbaycan tarixinə təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu tarix Azərbaycanın istiqlal yolunda ilk zirvə, milli azadlıq mübarizəsinin yeni mərhələyə daxil olduğu gündür. Bu hadisədən sonra xalqımız nəinki ruhdan düşmədi, əksinə, öz qəhrəmanlığını sübut edib müstəqilliyinə qovuşdu. Biz bu tarixi yaşadan xalqımızla fəxr edirik. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 27 il keçsə də, şəhidlərimiz unudulmayıb və heç vaxtda unudulmayacaq. Şəhidlərin fədakarlığı hər birimiz üçün əsl vətənpərvərlik nümunəsidir.

Vasif Hidayətov (Bakı sakini, 20 Yanvar hadisələrinin şahidi): Həmin gün dəhşətli qırğın, qanlı cinayət törədildi. Sovet qoşunlarının əliyalın insanlara necə qəddarlıqla atəş açmasının şahidi olduq. Vətənin azadlığı uğrunda öz canlarını qurban vermiş şəhidlərimiz heç vaxt yaddan çıxmayacaq. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır. Bu faciə qurbanları bizim azadlığımız uğrunda şəhid olublar. Həmin hadisələrdən sonra biz azadlığımıza və müstəqilliyimizə qovuşduq. Bu gün gənclərimizin şəhidləri ehtiramla anması bizi qürurlandırır. İnanıram ki, gənclərimiz onların qəhrəmanlığından daim nümunə götürəcəklər.

Almaz Qasımova (Bakı şəhər Yasamal Rayon Veteranlar Təşkilatının sədri, şəhid ailəsinin üzvü): 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcıdır. Ona görə də faciə qurbanlarının xatirəsi daim dərin hörmət və ehtiramla yad olunur. Xalqımız şəhidlərimizin qanı bahasına azadlığa qovuşdu. Qanlı Yanvar hadisələrindən sonra xalqımızın azadlıq mübarizəsi daha da gücləndi.

Hər il Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət edirəm. Prezident İlham Əliyevin şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün ziyarətə gələnlər arasında gənclər də çoxluq təşkil edirdi. Onlardan biri Nəzərbəy Hacıağayev deyib: 20 Yanvar xalqımızın qan yaddaşına əbədi həkk olunmuş qəhrəmanlıq səhifəsidir. Bu faciənin qurbanlarının və Ermənistanın işğalçı ordusuna qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkana üz tutur. Mən də onlardan biriyəm və şəhid məzarlarını ziyarət etməyi özümə borc bilirəm.

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axınının ardı-arası kəsilmir, şəhid məzarları al qərənfillərə qərq olurdu. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümü idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik aludəçisi olan keçmiş futbolçu: Həyatın əllərimdən sürüşdüyünü hiss edirəm

“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb

Bayram günlərində şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması diabetik komalara belə gətirib çıxara bilər

Bakıda keçiriləcək güləş üzrə lisenziya turniri üçün son hazırlıq prosesi başlayıb

“Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib

Tətildən sonra ilk dərs gününün tarixi açıqlanıb

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Təhsil müəssisələrində bayram şənlikləri keçirilib

Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? REPORTAJ

ATMU-da bayram festivalı: “Yurdumuza bahar gəlir”

700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO VİDEO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib