Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılıq hissinin parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir: “1970-80-ci illərdə respublikamızı keçmiş ittifaq məkanında bütün sahələrdə inkişafına görə qabaqcıl respublikalar sırasına çıxaran ulu öndərimiz Heydər Əliyev hələ həmin vaxtlarda Azərbaycanın müstəqil gələcəyi üçün hərtərəfli potensialın yaradılmasını təmin etmişdir. 1993-cü ildə xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra da Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etidirilməsi kimi mühüm və şərəfli tarixi vəzifəni yüksək səviyyədə həyata keçirmişdir”.

Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib. Bu mühüm amillər, eyni zamanda Ermənistanla müharibədə atəşkəsin əldə olunması, 1994-cü ildə milli iqtisadiyyatın perspektiv inkişafına yol açan “Əsrin müqaviləsi”nin imzalanması 1995-ci ildən müstəqil Azərbaycanın sabit və uzunmüddətli inkişaf yoluna çıxmasına şərait yaradıb: “Artıq 1996-cı ildə ümumdaxili məhsulda 1,2 faiz artıma, o cümlədən aqrar islahatların müsbət nəticəsi kimi, kənd təsərrüfatında istehsalın 3 faiz çoxalmasına, Azərbaycanın iqtisadiyyatına investisiyaların 80 faiz, xarici sərmayənin 2 dəfə artmasına, əvvəllərdə yüksək olan inflyasiyanın 1 faizdən də aşağı enməsinə nail olundu. Növbəti ildə, yəni 1997-ci ildə isə ümumdaxili məhsulda artım 5,3 faizə yüksəldi. Beləliklə, bu artım dinamikası hər il davam edərək 2003-cü ildə artıq 11 faiz, istehsal sahələrində ümumi artım isə 13 faiz təşkil etmişdi. İqtisadi inkişafın real göstəricisi kimi, 1994-cü illə müqayisədə 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 17 dəfə artmışdı”.

S.Müslümov bildirib ki, bazar iqtisadiyyatı münasibətlərinə keçid şəraitində ulu öndərimiz Heydər Əliyevin əhalinin sosial risklərdən müdafiəsini milli inkişafda ön plana çıxarması, bu məqsədlə bütün zəruri tədbirləri görməsi ölkədə müasir dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşmasına səbəb olub: “Bunun əyani təzahürü kimi, mütəmadi xarakter alan iqtisadi artım dinamikası sosial müstəvidə də hər il mühüm addımların atılması ilə müşahidə edilib. Ümumilikdə 1995-2003-cü illərdə respublikada pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq əməkhaqqının 6 dəfədən çox artmasına nail olunmaqla, məşğulluq səviyyəsi də ildən-ilə yüksəlib”.

Nazir mühüm sosial proqramlara, o cümlədən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təminatı, bərpa-müalicəsi sisteminin ölkənin regionları üzrə genişləndirilməsi və s. işlərə başlanmasının da Ulu öndərimizin adı ilə bağlı olduğunu qeyd edib: “2003-cü ildən ötən dövrdə ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünyada və regionda baş verən proseslər nəzərə alınmaqla, praqmatik əsaslar üzərində uğurla davam etdirilməsi respublikanın dinamik inkişaf yolunda yeni möhtəşəm nailiyyətlər əldə etməsinə şərait yaradıb. 2003-2016-cı illər ərzində ümumdaxili məhsul istehsalının 8,4 dəfə artdığı, 1,7 milyon yeni iş yerinin yaradıldığı ölkəmizdə xüsusən qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf təmin olunur. Milli iqtisadiyyatın artıq 70 faizini təşkil edən bu sektorda hətta qlobal iqtisadiyyatda kəskin böhranın hökm sürdüyü şəraitdə də artım davam edir. Təkcə bu ilin ilk rübündə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən kənd təsərrüfatı 3,5 faiz, ölkənin valyuta ehtiyatları isə 1 milyard dollar çoxalıb”.

S.Müslümov bildirib ki, Prezident İlham Əliyevin sosial inkişaf kursunun mühüm uğurları olaraq, qeyd olunan dövrdə orta aylıq əməkhaqqı 6,4 dəfə, cari ilin yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artıb. Ümumən son 13 ildə əhalinin gəlirləri 7,9 dəfə, cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxalıb: “Eyni zamanda, 2006-cı ildən ölkəmizdə müasir sığorta pensiya sisteminin tətbiqindən irəli gələn imkanlar və müvafiq sosial müdafiə tədbirləri ötən dövrdə pensiyaların orta aylıq məbləğinin 6,4 dəfə, bu ilin ilk rübündə isə ilin əvvəli ilə müqayisədə 5,3 faiz artması ilə nəticələnib. Digər sosial təminat növlərində - sosial müavinət və Azərbaycan Prezidentinin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün aylıq təqaüdlərində də dəfələrlə artım özünü göstərib”.

Nazir dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, son illərdə ölkənin əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulmasını mühüm nailiyyətlərdən biri kimi qeyd edib: “Bu innovativ mexanizmlər bizə müasir, şəffaf idarəetmə və xidmətlər sistemi formalaşdırmağa imkan verib. Bu gün nazirliyin fəaliyyət sahələri üzrə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir”. S.Müslümov bildirib ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası gələcəkdə də dövlət müstəqilliyimizin daim möhkəmlənməsinə, ölkəmizin iqtisadi qüdrətinin artmasına, sosial firavanlığın təminatına yönələn yeni və qürurverici uğurların əldə olunmasına imkan verəcək.

Toplantıda digər çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması, respublikamızın sosial-iqtisadi və mədəni inkişafı naminə misilsiz xidmətlərindən bəhs ediblər. Onlar Ulu öndərimizin işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Tədbir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında təşkil olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanların və mükafatların verilməsi ilə davam edib. Daha sonra opera ustalarının ifasında konsert proqramı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub