ELM VƏ TEXNOLOGİYA


Azərbaycan yazıçılarının kitabları Şota Rustaveli adına Batumi Dövlət Universitetinə təqdim olunub

A+ A

Tbilisi, 22 noyabr, AZƏRTAC

Azərbaycan yazıçılarının gürcü dilinə tərcümə olunmuş kitabları noyabrın 22-də Şota Rustaveli adına Batumi Dövlət Universitetinə təqdim olunub.

Ölkəmizin Batumidəki baş konsulluğunun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələrindən, oxşar mədəniyyətindən, elm və təhsil sahəsində yaranmış münasibətlərdən söz açılıb.

Universitetin rektoru, professor Merab Xalvaşi rəhbərlik etdiyi ali təhsil ocağında Heydər Əliyev guşəsinin yaradıldığını, Naxçıvan Muxtar Respublikasındakı universitetlərlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb. Bildirib ki, bu kitablar Heydər Əliyev guşəsinə təqdim olunacaq.

Tərcüməçi jurnalist Nəriman Əliyev bildirib ki, Azərbaycan və gürcü yazıçılarının əsərlərinin, xalq bayatı və nağıllarının qarşılıqlı olaraq tərcümə olunması, hər iki ölkənin ali və orta ixtisas məktəblərində təbliğ edilməsi mədəni əlaqələrimizin inkişafına təkan verəcək.

Qeyd edək ki, universitetə Nəriman Əliyevin tərcümə etdiyi çağdaş gürcü ədəbiyyatından seçmələr, “Bir pyes, on yeddi hekayə”, “Varlıq” Mədəniyyət Mərkəzinin tərcümə və nəşr etdirdiyi “Uşaq hekayələri və nağılları”, “Koroğlu eposu”, “Min bir Azərbaycan bayatıları”, “Müasir Azərbaycan Poeziyası” və Əjdər Ol-un “Səhra komandirinin meymunu” kitabları hədiyyə olunub.

Tədbirdə Niko Berdzeneşvili Universitetinin direktoru, tarix elmləri doktoru Roini Malakvedze, Acarıstan Muxtar Respublikasının rəsmiləri iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.