MƏDƏNİYYƏT


Azərbaycan yazıçısı beynəlxalq ədəbi müsabiqənin qalibi olub

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan yazıçısı Kamran Nəzirli beynəlxalq “Rodnoy dom” (“Doğma ev”) ədəbi müsabiqəsinin qalibi elan olunub. Bu ilin yaz-yay aylarından start götürən beynəlxalq müsabiqə Belarusun paytaxtı Minsk şəhərində “Sozvuçie” beynəlxalq internet portalında həyata keçirilib.

AZƏRTAC ədəbiyyat portalına istinadla məlumat verir ki, müsabiqədə 200-dən çox müəllif iştirak edib. Münsiflərə baxmaq və qiymətləndirmək üçün 271 əsər təqdim olunub.

Müsabiqə geniş mənada “Doğma ev” mövzusu üzrə aparılıb: ev, küçə, ölkə, bütün planet, keçmiş, gələcək, bugünkü həyat və s... Müsabiqədə bir janra - fantastik janra məhdudiyyət qoyub, əsasən realist əsərlərə üstünlük verilib. Təqdim olunan əsərlərin hamısı ədəbiyyat portalında işıq üzü görüb. Müsabiqədə keçmiş sovet ölkələrindən olan müəlliflərlə yanaşı, İsrail, Almaniya, Böyük Britaniya, Niderland və Polşadan olan yazıçı və şairlər də iştirak ediblər. Mətnlərin əksəriyyəti rus dilində yazılıb.

Beynəlxalq ədəbiyyat portalında qeyd edilib ki, “Poeziya” və “Nəsr” nominasiyası üzrə Şort-list bundan əvvəl elan edilsə də, yekun nəticə indi açıqlanıb. Portalda yazılır: “Bədii nəsr” nominasiyası üzrə “Ölən uşağın xatirələri” əsəri (müəllif Kamran Nəzirli, Azərbaycan) qalib elan olunub. “Sənədli nəsr” nominasiyası üzrə rus yazıçısı Vyaçeslav Lobanovun “Unudulmuş şeylərin çardağı” əsəri, “Poeziya” nominasiyası üzrə isə iki qalib müəyyən edilib: Qazaxıstan şairi Rimma Artyomova və Belarus şairi Alyona Papko”.

Məlumatda ötən ay elan olunmuş Şort-listə düşən yazarların adları da yenidən vurğulanıb və qeyd edilib ki, onlar beynəlxalq müsabiqənin diplomlarını alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.