MƏDƏNİYYƏT
Azərbaycan yenidən sənət və cazibə dünyasına qərq oldu
Oktyabrın 30-da “Four Seasons Hotel Baku”da “Jewels of the World Art and Jewels of the World 2014” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından əvvəl mətbuat konfrans keçirilib.
Mətbuat konfransında “Art and Jewels of the World”ün prezidenti Valentina Vasileva, sərginin baş meneceri Sikstin Kraçfild, “Four Seasons Hotel Baku”nun baş meneceri Sem İonidis, “L’OFFİCİEL Azerbaijan” jurnalının baş redaktoru Lina Əliyeva, “BOUTİQUE Baku” jurnalının baş redaktoru Vyaçeslav Sapunov sərgi haqqında geniş məlumat veriblər.
Bildirilib ki, 2013-cü ilin yaz aylarında paytaxtımızın ən gözəl otellərindən biri olan “Four Seasons Hotel Baku”, Azərbaycanda keçirilmiş “Jewels of the World” sərgisi artıq ənənə şəklini almaq üçün bir başlanğıc olub. Bu payız isə Bakı dünyaya zinət əşyaları və incəsənət əsərlərini birləşdirərək yeni bir ənənə təqdim edir. Beləliklə, “Jewels of the World” sərgisi “Art and Jewels of the World 2014”də çevrildi.
Diqqətə çatdırılıb ki, biz Bakı şəhərinin vurğunuyuq, ona görə də buradayıq. Bizim üçün Bakı regionda ən güclü və təsir qüvvəsinə malik olan iqtisadi və mədəni mərkəzdir.
Daha sonra sərgi ilə tanışlıq olub.
Sərgidə aparıcı zinət əşyaları brendləri ilə yanaşı, Fransanın, eləcə də dünyanın digər qalereyaları da təmsil olunaraq qonaqlara ən gözəl sənət əsərləri nümayiş etdirilib.
Noyabrın 2-dək salona gələnlər misilsiz zinət əşyalarına baxa, dünya rəssamlarının əsərləri ilə tanış ola və zinət əşyaları qalereyalarının nümayəndələri ilə ünsiyyət qura biləcəklər.
Zinət əşyaları Al Nahar, Avenue, Brigitte Ermel, Grande Luxe, Michael Young, Quinting Watches, RCM Gioielli, Shakh Diamond, Suzanne Syz Art Jewels kimi məşhur brendlər ilə təmsil olunur.
Dünya sənətini “YAY!” Gallery, Berko Fine Paintings, Boccara Gallery, Maison D’Art, Ruzhnikov qalereyaları təqdim edir.
Mərasim çərçivəsində qonaqlara “Johnnie Walker”dən xüsusi dadım proqramı, həmçinin moda nümayişi olub.