İDMAN


Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda Azərbaycan yığması 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub.

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüb.

Sərbəst və yunan-Roma güləş üzrə yarışlarda iştirak edən idmançılarımız 9 medal, o cümlədən 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar.

Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.