İDMAN


Azərbaycan yığmasının qolkiperi Perm klubunun heyətinə keçə bilər

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan yığmasının qolkiperi Kamran Ağayev karyerasını Rusiyada davam etdirə bilər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Azərbaycan futbolçusu “Amkar” klubuna keçmək üzrədir.

Hazırda Perm klubu ilə 31 yaşlı qolkiper arasında danışıqlar gedir. İlkin məlumata görə, tərəflər, demək olar, razılaşma əldə ediblər.

K.Ağayev Portuqaliyanın “Boavişta” klubu ilə müqavilənin müddətini uzatmaq istəməyib. Qapıçı Portuqaliya çempionatının ötən mövsümündə 12 matçda qapısından 14 qol buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.