ELM VƏ TƏHSİL


Azərbaycan zəngin multikulturalizm modelini dünyada tanıdır

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” mövzusunda seminar keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Gənc muzeysevərlər və muzeyşünaslar” klubu üzvlərinin, H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyi şagirdlərinin, dini icmaların təmsilçilərinin iştirak etdikləri seminarda MATM direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb.

Tarix üzrə fəlsəfə doktorları Əli Fərhadovun “Azərbaycan mütəfəkkirlərinin xristianlığa multikultural baxışı və türkdilli xristian nəşrləri tarixindən”, Fuad Ağayevin “Azərbaycan - Rusiya mədəni əlaqələri tarixindən (XIX-XX əsrin əvvəlləri)” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycanda xristianlığa multikultural baxış və tolerantlıq ənənələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu gün Azərbaycan zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, tolerantlıq şəraitində fəaliyyət göstərirlər.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.