İQTİSADİYYAT


Azərbaycana gələn rusiyalı turistlərin sayı 31 faiz artıb

Moskva, 13 iyun, AZƏRTAC

Rusiyanın “TurStat” agentliyi bu ilin ilk 3 ayı ərzində ölkə əhalisinin xarici səfərlərinin sayını açıqlayıb. MDB və keçmiş SSRİ respublikaları arasında Azərbaycan rusiyalıların ən çox səfər etdikləri ölkədir. Bu ilin 3 ayı ərzində Azərbaycana səfərlərin sayı 31 faiz artaraq 139 min təşkil edib. Gürcüstan bu siyahıda ikinci yeri tutub (27 faiz, 135 min səfər).

Xarici ölkələr arasında ilk onluğa Finlandiya başçılıq edir. Bu siyahıda Çin, Tailand, Birləşmiş Ərəb Əmirlikləri də var.

Çimərlik istirahəti üçün rusiyalılar Dominikan Respublikası, Kuba, Vyetnam, BƏƏ və Tailanda, ekskursiya səfərləri üçün isə Çexiya, İspaniya və Fransaya üstünlük verirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.