SİYASƏT
“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi “Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı türk dilində Türkiyədə işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin “Berikan” nəşriyyatı tərəfindən çap edilmiş kitab məşhur Sumqayıt hadisələrindən – 1988-ci ildə erməni terrorçusu Eduard Qriqoryanın rəhbərliyi altında Sumqayıtda törədilmiş qətliamdan bəhs edir.
Kitabın müəllifi Azərbaycanın Əməkdar Jurnalisti İbrahim Məmmədov, türk dilinə tərcüməçisi Sənan Nağıdır.