REGİONLAR


Azərbaycançılıq ideologiyası regionlarda təbliğ olunur

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

“Sosial-İqtisadi və Ekoloji inkişaf” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində Şamaxıda maarifləndirici tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ağsaqqallar, veteranlar və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü açan İB-nin sədri Rahilə Mehdiyeva layihə haqqında məlumat verərək bildirib ki, azərbaycançılığın ümummilli məfkurəyə, bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi məhz xalqımızın ulu öndəri Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ümummilli liderin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. R.Mehdiyeva, həmçinin Heydər Əliyevin hələ sovet dövründə ölkəmizə rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, ölkə cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdüyünü, bu ideologiyanın milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, ümumbəşəri dəyərlərə inteqrasiyasından bəhrələnmək demək olduğunu bildirib.

Təbir iştirakçıları da azərbaycançılıq ideologiyasının inkişafının böyüməkdə olan yeni nəslə ilk olaraq təhsil müəssisələrindən təbliğ olunmasının vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.