CƏMİYYƏT
Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği ilə bağlı beş universitetdə təlimlər keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
“Saf Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə bir neçə ali təhsil müəssisəsində təlimlər keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlər Bakı Slavyan, Azərbaycan Dillər, Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət Pedaqoji universitetlərində, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub.
Birliyin sədri Səbinə Abbasova “Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədinin istedadlı gənclərin potensialını üzə çıxarmaqdan ibarət olduğunu vurğulayıb. Qeyd edilib ki, təlimlərdə fərqlənən gənclər sonda mükafatlandırılacaqlar.