CƏMİYYƏT


Azərbaycanda 12 minədək tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən hazırda respublika üzrə 11 min 901 nəfər tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 9 min 555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, 2 min 346 nəfərini I və II qrup əlillər təşkil edir.

Qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha ahıllar və I qrup əlillər, habelə köməyə ehtiyac duyan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) müraciətləri əsasında evlərində sosial-məişət xidməti ilə təmin olunurlar. Sosial-məişət xidmətlərinin göstərilməsi Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə uyğun şəkildə həyata keçirilir.

Hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq “sosial işçi” modeli əsasında təkmilləşdirilməsi işləri aparılır. “Sosial işçi” modeli sosial işin əhatə etdiyi şəxslərin kateqoriyalarının və funksional miqyasının genişlənməsini nəzərdə tutur. Bu modelə sosial xidmətlərə ehtiyac duyan digər insanların (sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar, məişət zorakılığına məruz qalmış şəxslər, insan alveri qurbanları və s.) da həmin xidmətlərə əlçatanlığının təmin olunması və problemlərinin həlli istiqamətində müvafiq işlərin aparılması daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.