Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda 570 min nəfər əlilliyi olan şəxs var

Azərbaycanda 570 min nəfər əlilliyi olan şəxs var

Bakı, 1 iyul, AZƏRTAC

Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.

AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində bildirib. Nazir əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, valideyn himayəsindən məhrum olmuş uşaqların, ahıl vətəndaşların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, insan alveri qurbanlarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlərə toxunub. “Ölkədə sosial xidmət sisteminin təkmilləşdirilməsi, müvafiq sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, həssas əhali qruplarının maraqlarına maksimum cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir”- deyən S.Müslümov bildirib ki, hazırda Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96 faizi qədər əlilliyi olan şəxs vardır ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir. Ölkənin bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir: “Təkcə 2015-ci ildə bu mərkəzlər tərəfindən 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərilib. Ötən il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1194 aşağı ətraf protezi, 1143 ortez, 1710 dirsəkaltı ağac, 3738 əsa, 3923 ortopedik ayaqqabı, 1273 əlil arabası, 539 eşitmə aparatı və s. vasitələr olmaqla, cəmi 34 min reabilitasiya vasitəsi pulsuz olaraq əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara verilib. Eyni zamanda, 2015-ci il ərzində 135 nəfər əlilliyi olan şəxs və 130 sağlamlıq imkanı məhdud uşaq valideynlərindən biri ilə bərabər ölkə hüdudlarından kənarda dövlət hesabına bərpa müalicəsi ilə təmin ediliblər. Bundan əlavə, son iki il ərzində 1933 nəfər hərbi əlil avtomobillə, 132 gözdən əlil şəxs və 212 nəfər Qarabağ müharibəsi əlili evlə təmin olunublar”. Nazir əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası tədbirlərindən də danışıb: “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşələrə yiyələnərək əmək bazarına çıxması və ya özünüməşğulluğunu təmin etməsi sosial inteqrasiyanın mühüm elementidir. Hazırda Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Burada gözdən əlil gənclərə sosial-psixoloji yardım göstəriləcək, onlar müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb ediləcəklər. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud gənclərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. Mərkəz tərəfindən 2015-ci ildə 378 nəfər 10 peşə istiqaməti üzrə peşə hazırlığına cəlb edilmiş, 214 nəfərə ayrı-ayrı peşələrə yiyələnmələrinə dair sertifikatlar təqdim edilib. Bu gənclərin bir çoxu əldə etdiyi peşə ilə özlərinin məşğulluğunu təmin edərək cəmiyyətə tam inteqrasiya olunublar. Ümumiyyətlə, bu mərkəzin məzunlarının işlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır”.

S.Müslümov bildirib ki, əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarının təmin edilməsi onların cəmiyyətə inteqrasiyasının mühüm şərtlərindən biridir. Bunu nəzərə alaraq 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ADA Universiteti və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən “Bərabər hüquqlar üçün bərabər imkanlar” devizi altında əlilliyi olan şəxslər üçün Bakı şəhərində və digər yaşayış məntəqələrindəki ictimai yerlərdə (küçə kəsişmələrində, yeraltı keçidlərdə, metro və şəhər nəqliyyatında, hava, avto, dəmiryolu və dəniz limanlarında, məktəb və universitetlərdə, alış-veriş mərkəzlərində və s.) hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə bütün dövlət və ictimai orqanlara gərəkən tədbirlərin görülməsinin tələb olunması barədə müddəaları nəzərdə tutan Memorandum imzalanmış və onun icrası məqsədilə ötən 2 il ərzində böyük işlər görülüb.

Nazir əlavə edib ki, sosial reabilitasiya sahəsində böyük təcrübəsi olan ölkələrdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial model üzrə həyata keçirilir. Buraya aktiv fizioterapiya, erqoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlar aiddir. Beynəlxalq təcrübə göstərir ki, müasir reabilitasiya metodları həmin şəxslərə tibbi reabilitasiyadan daha effektiv təsir göstərir. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası qeyd edilib. Bundan əlavə 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin Cenevrədə keçirilmiş 11-ci sessiyasında Komitə üzvləri tərəfindən Azərbaycanda əlillərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid tövsiyə olunub. Buna uyğun olaraq hazırda ölkədə fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir