Azərbaycanda Formula-1-in rəsmi rəqəmsal internet kanalı yayımlanacaq
Bakı, 1 mart, AZƏRTAC
Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri qarşıdakı mövsümdə F1 TV rəqəmsal internet kanalını işə salacaqlar.
AZƏRTAC xəbər verir ki, bu kanalda aylıq 8-12 dollarlıq abunə haqqı ilə Qran-Prinin bütün sessiyalarını və dəstək yürüşlərini canlı izləmək mümkün olacaq. Artıq kanalın yayımlanacağı ölkələrin siyahısı açıqlanıb. Siyahıda Azərbaycan da yer alıb. Kanal ümumilikdə 52 ölkədə yayımlanacaq.
Kanal vasitəsilə azarkeşlər, həmçinin yürüşlərin böyük arxivindən də zövq ala biləcəklər. Lakin xidmətin əvvəlcə bütün ölkələrdə istifadəsi mümkün olmayacaq.
Rəqəmsal və yeni biznes üzrə direktor Frank Arthofer deyib: “Formula-1 telekanalının işə salınması bizim rəqəmsal yayımımızın baza elementi rolunu oynayacaq. Ödənişli abunə bizim ən sadiq pərəstişkarlarımıza istiqamətləndirilib. Biz qətiyyətlə inanırıq ki, yeni auditoriyanı cəlb etməklə yanaşı, ən sadiq azarkeşlərimizə yüksək xidməti təmin etməliyik. F1 TV-nin yaradılması, sadəcə olaraq, idman yayımlarının zəngin təcrübəsindən istifadə edərək, azarkeşlərə Qran-Pri yarışlarını canlı izləmək üçün ən yaxşı xidmət göstərmək məqsədi daşıyır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [12:05]
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
- 18.09.2026 [11:52]
NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib
- 18.09.2026 [10:08]
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- 18.09.2026 [10:01]
Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı
- 17.09.2026 [18:08]
Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir
- 17.09.2026 [16:42]
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Hörmüz boğazında gəmi vurulub
- [11:55]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar
- 17.09.2026 [23:53]
Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub
- 17.09.2026 [23:15]
Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
- 17.09.2026 [22:54]
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
- 17.09.2026 [22:16]
Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
- 17.09.2026 [21:40]
Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub
- 17.09.2026 [21:24]
Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib
- 17.09.2026 [21:14]
Cəlilabadda su xəttində qəza baş verib
- 17.09.2026 [20:49]
Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub
- 17.09.2026 [20:47]
NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb
- 17.09.2026 [20:33]
Alyaskada güclü zəlzələ baş verib
- 17.09.2026 [20:15]
Bu saata olan əsas xəbərlər
- 17.09.2026 [20:00]