CƏMİYYƏT


Azərbaycanda İİÇV müayinə üzrə 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir

Bakı, 7 fevral, AZƏRTAC

Vətəndaşların İnsanda İmmun Çatışmazlığı Virusu (İİÇV) müayinəsindən keçməsini təmin etmək məqsədilə ölkəmizdə İİÇV müayinə üzrə 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİÇV-in yayılmasının qarşısını almaq məqsədilə qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla iş davam etdirilir. Bu barədə AZƏRTAC-a Respublika Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı Mübarizə Mərkəzində məlumat verilib.

Məlumatda bildirilir ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də əhali arasında maarifçilik tədbirləri davam etdirilib. Məsələn, ölkəmizdə İİÇV/QİÇS ilə mübarizə tədbirlərini gücləndirmək, yoluxma hallarının erkən mərhələdə aşkar edilməsi, profilaktik tədbirlərin genişləndirilməsi, habelə əhalinin bu sahədə məlumatının artırılması məqsədilə keçən il avqust ayında “Milli İİÇV test həftəsi”, noyabr ayında isə “Avropa İİÇV test həftəsi” keçirilib. Bundan əlavə, vətəndaşların İİÇV/QİÇS barədə məlumat səviyyəsinin artırılmasına yönəlmiş bukletlər və kitabçalar nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.