CƏMİYYƏT


Azərbaycanda İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri yoluxub VİDEO

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycanda İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri yoluxub. Belə ki, bu ilin üçüncü rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19 faizi, 1987-ci ildən 2016-cı il aprelin 1-dək aşkar olunan yoluxma hallarının 49 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxanların sayı 374 nəfər təşkil edib. Onlardan 365-i Azərbaycan vətəndaşı, 9-u isə əcnəbidir. Qeydiyyata alınmış 365 yerli sakindən 232-si kişi, 133-ü isə qadındır. Bu dövr ərzində İİV-dən 43 nəfər dünyasını dəyişib.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxması təsdiq olunmuş 5025 nəfər rəsmi qeydiyyata alınıb. Onlardan 3642-si kişi, 1383-ü qadındır. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1 faizində heteroseksual, 1,8 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə baş verib, 7,5 faizində yoluxma yolu müəyyən edilməyib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 386 nəfərin müalicəsinə bu ilin ilk 9 ayı ərzində başlanılıb.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinə olunub və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.