İQTİSADİYYAT
Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiyası yaradılır VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Mebel sənayesinin davamlı inkişafını təşkil etmək üçün Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiyası yaradılır.
AZƏRTAC xəbər verir k, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iyulun 7-də Bakıda keçirilən “Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi” mövzusunda keçirilən tədbirdə deyib.
“Bu sahənin gələcək inkişafına təsir edəcək bir assosiasiya yaradılır. Hazırda assosiasiyanın hüquqi qeydiyyatı ilə bağlı tədbirlər həyata keçirilir. Assosiasiyaya sədrlik “Embawood” şirkətinə veriləcək”, - deyə nazir müavini qeyd edib.
Nazir müavini gələcəkdə Türkiyə Mebel Sənayeçiləri Assosiasiyası ilə anlaşma memorandumunun imzalanacağını da deyib.