CƏMİYYƏT


Azərbaycanda QHT-lər üçün yeni imkan yaradılır

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şəffaflığı, hesabatlılığı, həmçinin aşkarlığı daha da artırmaq məqsədilə QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət yaradır.

Şura Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq QHT-lərə 5 istiqamət (konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və məlumat) üzrə xidmət göstərilir. Şura yaranandan indiyədək qrant müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lərin müraciətlərinin araşdırılması üçün Apelyasiya Komissiyası fəaliyyət göstərir. Eyni zamanda, QHT-lərlə mütəmadi olaraq keçirilən görüşlərdə də onların fikirləri dinlənilir, müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülür. Şura Katiblik əməkdaşları tərəfindən göstərilən xidmətlərin səviyyəsini öyrənmək, QHT-lərin ictimai nəzarət işində aktiv iştirakını təmin etmək məqsədilə QHT-lərə şikayət və təkliflərini birbaşa göndərmək üçün yeni xidmət yaradır.

Qeyd edək ki, Şuraya şikayət ünvanlayan bütün şəxslərin hüquqları Azərbaycan qanunvericiliyinə müvafiq olaraq qorunacaq. Bütün şikayət və təkliflər Şuranın yeni xidmətinin məsul şəxsi tərəfindən araşdırılaraq rəhbərliyə məruzə ediləcək və müvafiq qərarlar qəbul olunacaq. QHT-lər, həmçinin hüquqpozma halları ilə bağlı Şuranın müvafiq xidmətinə müraciətləri birbaşa da təqdim edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.