İQTİSADİYYAT


Azərbaycanda “SOCAR” brendi ilə 22-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

Şamaxı rayonunun Əngərxaran kəndində “SOCAR” brendi ilə ölkə üzrə sayca 22-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Bildirib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.

T.Seyidov “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, bu məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.

O, “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.