ORDU
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırılıb
Bakı, 8 avqust (AZƏRTAC). Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginliklə bağlı iştirakçılara ətraflı məlumat verilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı atəşkəsin pozulması, müdafiənin ön xəttinə düşmənin basqın cəhdlərinin səbəbləri və nəticələrini hərbi attaşelərin diqqətinə çatdırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]